Siyəzəndəki yanğının sahəsi 600 hektara çatdı
03 avqust 2011 16:21 (UTC +04:00)

Siyəzəndəki yanğının sahəsi 600 hektara çatdı

0
Siyəzən rayonunda baş verən yanğının miqyası daha da artıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dağlıq ərazidə otlaq sahənin yanması və ərazidə müşahidə edilən küləkli hava şəraitinin alovun sürətlə yayılmasına səbəb olması barədə məlumat daxil olub. Dərhal nazirliyin 160 nəfərə qədər canlı qüvvəsi və 11 ədəd texnikası, o cümlədən 2 helikopteri hadisə yerinə cəlb edilib.

Yaxınlıqda yerləşən fermalar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə edilib. Son məlumata görə, yanğının ümumi sahəsi, təxminən, 500-600 ha təşkil edir. Hazırda nazirliyin aidiyyəti qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində müvafiq iş aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar