FHN-nin xilasediciləri gölə düşən maşını sudan çıxarıb
04 avqust 2011 14:57 (UTC +04:00)

FHN-nin xilasediciləri gölə düşən maşını sudan çıxarıb

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Vaz 2103” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı gölə düşüb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücü - 1953-cü il təvəllüdlü Məmmədov Şəfaqət Ağamirzə oğlu isə göldə boğulub. Hadisə yerinə cəlb olunmuş xilasedicilər avtomobili sudan çıxarıb, xüsusi alət və avadanlıqlar vasitəsilə Ş.Məmmədovun cəsədini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 625

Oxşar yazılar