Lerikdə oyuncaq silahla soyğunçuluq törədilib
0
0
Avqustun 4-də saat 17:00 radələrində Lerik rayonunda qızıl mağazasının sahibinə qarşı silahlı basqın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xəlifəküçə kəndi ərazisində “VAZ 2106”-də olan 3 naməlum şəxs Lerik şəhərindəki qızıl mağazasının sahibi Məhləband kənd sakini Nazim Hüseynovun idarə etdiyi “VAZ 2106” markalı avtomaşını saxlayıb. Mağaza sahibini tapança və bıçaqla hədələyərək, avtomobildəki 10.000 manat dəyərində qızıl əşyalarını, 600 manatı və mobil telefonu alaraq, hadisə yerindən gediblər.
Sonra Lənkəran-Lerik yolunun 25-ci km-də onlar avtomobili maneəyə vurublar və hadisə yerindən qaçıblar.
Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Orxan Qasımov, Amil Quliyev və Asim Cəfərov tutulub. Onlardan silah qismində istifadə etdikləri bıçaq və oyuncaq tapança götürülüb.