Kürdəmirdə film kimi cinayət... - TƏFƏRRÜAT
05 avqust 2011 14:03 (UTC +04:00)

Kürdəmirdə film kimi cinayət... - TƏFƏRRÜAT

0
Avqustun 4-də axşam saatlarında Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Şilyan kənd sakini 1959-cu il təvəllüdlü Qədirov Sədiyar Sərkər oğlu 1988-ci ildə doğulmuş Qafari Kənan Nizami oğlunu bıçaqlayıb. 52 yaşlı kişi gənc oğlanın qarın nahiyəsinə bıçaqla bir zərbə endirib və daha sonra polis şöbəsinə gələrək təslim olub. Ağır xəsarət almış K.Qafari isə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi və ssenarisi isə xarici ölkə teleseriallarındakı süjetə bənzəyir. Məlumata görə, bıçaqlanmanı törədən S.Qədirovun oğlu Tarzan bir müddət əvvəl kənddə bir qızla nişanlanıb. Lakin avqustun 3-də həmin qız Şilyan kənd sakini Nizami Qafarinin oğluna qoşularaq qaçıb. Məsələdən xəbər tutan nişanlı oğlanın atası S.Qədirov oğlunu sakitləşdirib və Tarzanın nişanlısını qaçıran ailə ilə söhbət etməyə gedib. Bu məqsədlə o, nişanlı qızı qaçıran ailənin ağsaqqalı ilə görüşməyə gedib. Lakin söhbət heç bir nəticə verməyib.

Kor-peşman geri, evə qayıtmaq istəyən S.Qədirov qapıdan çıxarkən gənc bir oğlanla rastlaşır və ondan “Nizaminin oğlu sənsən?” deyə soruşur. K.Qafari də “Bəli mənəm, nə olub ki?” cavabını verir. Dərhal 52 yaşlı kişi cibindən çıxardığı bıçaqla onun qarnına zərbə endirir. Yaralı K.Qafari isə “Mən yox, qardaşım qaçırıb” deməyə imkan tapanda artıq gec olur. S.Qədirov çox keçmədən rayon mərkəzinə gələrək, polisə təslim olur.

Faktla əlaqədar araşdırmalar davam edir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 633

Oxşar yazılar