Xızıda 26 yaşlı oğlanı güllələyiblər
0
0
Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.
Hadisə ötən gün rayonun Altıağac qəsəbəsi ərazisində qeydə alınıb. Rayon sakini, 26 yaşlı Yusif Əliyev odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Onun meyiti yol kənarında aşkar edilib. Hadisə yerindən, həmçinin bir ədəd ov tüfəngi də aşkar edilərək götürülüb. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.
Faktla bağlı Xızı Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.