Qaradağda maşınlar toqquşdu: 1 ölü, 3 yaralı
06 avqust 2011 13:02 (UTC +04:00)

Qaradağda maşınlar toqquşdu: 1 ölü, 3 yaralı

0
Avqustun 5-də saat 10.15 radələrində Qaradağ rayonu ərazisində Ağcabədi rayon sakini Bayram Məmmədovun idarə etdiyi "Mer" markalı və Ucar rayon sakini Elton Zamanovun idarə etdiyi "Tatra" markalı avtomaşınlar toqquşub.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, qəza nəticəsində B. Məmmədov hadisə yerində ölüb. Xəsarət alan sərnişinlər, Ağcabədi rayon sakinləri Nənəxanım Əzizova, Natiq Əzizov və Nicat Zeynalov isə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı DİN BDYPİ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar