Xızıda ov tüfəngi ilə qohumunu öldürən şəxs yaxalanıb
0
0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, avqustun 5-də Xızı rayonunun Yarımca kəndi ərazisindəki otlaq sahəsində Altıağac qəsəbə sakini Hikmət Əliyev qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq qohumu, qəsəbə sakini Yusif Əliyevi qətlə yetirib.
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyev tutulub. Ondan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyev tutulub. Ondan müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
0
0