Azərbaycana mədə-bağırsağında narkotik keçirənlər yaxalanıb
0
0
Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbərinə görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan vətəndaşı, Lənkəran şəhər sakini Sultanov Sabit Əlişan oğlu piyada yolu ilə İran İslam Respublikasından Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində gömrük nəzarətindən keçib. Gömrük əməkdaşları tərəfindən qüvvədə olan gömrük qanunvericiliyinin tələblərinə uyğun olaraq, onun üzərində aparılmış şəxsi yoxlama zamanı tibbi müayinə nəticəsində S.Sultanovun mədəsində rəngli polietilenə bükülmüş şəkildə, yumru-uzunsov formalı, 4 ədəd bükümdə, ümumi xalis çəkisi 8.197 qram təşkil edən narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 2.809 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.
Həmçinin, Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əliyev Tural Faiq oğlunun üzərində şəxsi yoxlama zamanı, ondan gömrük nəzarətindən gizlədərək düz bağırsağında saxladığı, polietilendə qablaşdırılmış, bir ədəd bükümdə xalis çəkisi 1.2 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Biləsuvar Gömrük Sərhəd Buraxılış Məntəqəsində başqa bir Azərbaycan vətəndaşı Cəlalov Natiq Rəşid oğlu saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Cəlalov Natiq Rəşid oğlunun düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş, sellofanda qablaşdırılmış, bir ədəd uzunsov bükümdə, xalis çəkisi 37.410 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Hər üç faktla bağlı təhqiqat aparılır.