“Mercedes” yol polisinin avtomobilinə çırpıldı
0
0
Bu gün saat 09:20 radələrində Bakıda yol polisinin avtomobili qəzaya düşüb.
Lent.az-ın məlumatına görə, “Gənclik” metrosu istiqamətində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus “BMW” “Mersedes”lə toqquşub. Nəticədə polis avtomobilinin ön oturacağında əyləşmiş tağım komandiri, polis kapitanı Nəriman Xəlilov ağır xəsarət alıb. “Mersedes”də də bir neçə nəfərin ağır yaralandığı bildirilir. Bakı şəhər Yol Polisi İdarəsindən məlumat təsdiqlənib.
Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib. Xilasedicilər polis maşınında sıxılmış vəziyyətdə qalmış N.Xəlilovu çıxarmağa çalışır. Araşdırma aparılır.
Nizam RZA