Prokuror İctimai Palata üzvlərinə iş istədi
19 avqust 2011 13:36 (UTC +04:00)

Prokuror İctimai Palata üzvlərinə iş istədi

0
Bu barədə Lent.az-a məlumat verən vəkil Yalçın İmanov deyib ki, bugünkü prosesdə prokuror çıxış edib və təqsirləndirilən şəxslərə hökm istədiyi həbs cəzalarının müddətini açıqlayıb.

Dövlət ittihamçısı Sahib Kərimovun və Arif Alışlının 4 il 6 ay, Elnur İsrafilovun və Zülfüqar Eyvazovun 4 il, Babək Həsənovun və Elşən Həsənovun isə 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Xatırladaq ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham edilirlər.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 568

Oxşar yazılar