Bakının mərkəzindən tank mərmisi tapıldı
22 avqust 2011 14:37 (UTC +04:00)

Bakının mərkəzindən tank mərmisi tapıldı

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda N.Nərimanovun heykəlinin arxasında qazıntı işləri aparılarkən döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən aşkarlanmış sursatın döyüş başlığı olan istifadəyə yararsız 100 mm tank mərmisi olduğu müəyyən edilib. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb və aşkarlanmış sursatı aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:26-da başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar