Bakıda sərnişin avtobusları toqquşdu: xeyli yaralı var
23 avqust 2011 10:46 (UTC +04:00)

Bakıda sərnişin avtobusları toqquşdu: xeyli yaralı var

0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Zəngəzur” şadlıq evinin qarşısında içi sərnişinlə dolu iki avtobus toqquşub. Nəticədə xeyli sayda sərnişin yaralanıb. Yaralılar yaxınlıqdakı şəxslərin köməkliyi ilə avtobuslardan çıxarılıb.

Qəza nəticəsində Binəqədi yolu hər iki istiqamətdə tamamilə bağlanıb. Nəticədə, təcili tibbi yardım və polis maşınları hadisə yerinə gəlib çata bilmir. Ərazidə irimiqyaslı tıxac yaranıb. Yaralıların kimliyi barədə hələlik məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 633

Oxşar yazılar