Diridağın əsrarəngiz təbiəti və su mənbələri məhv edilib
23 avqust 2011 20:16 (UTC +04:00)

Diridağın əsrarəngiz təbiəti və su mənbələri məhv edilib

0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 23 avqust 1993-cü ildə erməni işğalçıları tərəfindən zəbt olunmuş Cəbrayıl rayonunun təbii sərvətləri ilə bağlı məlumat yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.a-a verilən məlumata görə, zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik, sahəsi 104 min 980 hektar olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf; ümumi ehtiyatları 5434 min m3 olan Çaxmaqçay, Soltanlı tikinti qumu; ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil; ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

Rayonda yaşı 200-1600 illər arasında olan 14 ədəd iri diametrli şərq çinarı və digər qiymətli ağaclar, o cümlədən Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunub. Cəbrayıl rayonunda qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib. 2006-2007-ci illər ərzində ermənilər tərəfindən rayonun 16 min hektardan artıq ərazisində yanğınlar törədilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 731

Oxşar yazılar