Bakıda faciə: 8 yaşlı məktəbli turnikdən düşüb öldü - YENİLƏNİB
Avqustun 24-də Bakıda bədbəxt hadisə baş verib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 2003-cü ildə Gürcüstanın Bolnisi rayonunda anadan olmuş Orucov Fərid Rəşad oğlu 98 saylı orta məktəbin həyətindəki turnikdə məşq edərkən yıxılıb.
Başı üstə asfalt döşəməyə düşən 8 yaşlı oğlan huşsuz vəziyyətdə “Azərsutkinti” xəstəxanasına gətirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, F.Orucov həmin məktəbin 2-ci sinifində oxuyurmuş.
Bakı şəhər Baş Təhsil İdarəsinin ictimaiyytlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı Lent.az-la əlaqə saxlayaraq, xəbərdəki bir məqama aydınlıq gətirib. O, bildirib ki, hadisə məktəbin həyətində deyil, həyətdən kənardakı meydançada baş verib: “Hazırda Bakıdakı məktəblərin ərazisi mühafizə olunur və həyətdə uşaqların nəzarətsiz hərəkət etməsi mümkün deyil. Bu hadisə məktəbin həyətindən kənarda, ərazidə olan iki məktəbin arasındakı meydançada olub. Həmin uşaq həqiqətən məktəbin 3-cü sinif şagirdidir, biz baş vermiş hadisədən kədərlənirik, təəssüf edirik və məktəblinin ailəsinə başsağlıqlarımızı çatdırırıq”.
Nizam RZA

Oxşar yazılar
Şəmkirdə zəhərlənən 20 nəfərin vəziyyəti məlum oldu-YENİLƏNİB
21 avqust 2025 , 01:41
Tovuzda bir ailənin 5 üzvü dönərdən zəhərləndi: 3-ü azyaşlıdır
20 avqust 2025 , 23:28
Mingəçevirdə iki maşın toqquşdu
20 avqust 2025 , 22:00
Zərdab sakini həmyerlisini bıçaqladı
20 avqust 2025 , 21:29
Cəlilabadda gənc oğlanın meyiti qohumunun evində tapıldı
20 avqust 2025 , 19:23
Bakıda kişi evinin həyətində ölü tapıldı
20 avqust 2025 , 18:39
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verildi
20 avqust 2025 , 17:54