Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
0
0
Medafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən bölmələri avqustun 24-də saat 11.15-dən 11.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi; saat 12.20-dən 12.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 21.40-dan 21.45-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 23.55-dən 00.15-dək və 01.30-dan 01.40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Düşmən cavab atəşi ilə susdurulub.
0
0