Qəddafi Liviyanın 10 milyard dollarlıq qızılını “yeyib”
25 avqust 2011 15:15 (UTC +04:00)

Qəddafi Liviyanın 10 milyard dollarlıq qızılını “yeyib”

0
Lent.az-ın məlumatına görə, bu barədə açıqlamanı İtalyanın “Corriere della Sera” qəzetinə danışan Liviya Mərkəz Bankının keçmiş rəhbəri Fərhad Benqdara verib. O deyib ki, Qəddafi onun bir dostuna 25 ton qızıl satmağı təklif edib, dostu isə bunu qəbul etməyib.

Benqdara, eyni zamanda onu da bildirib ki, Qəddafi Tripolini tərk edib və Əlcəzair sərhədinə qaçıb.

O, Liviyanın qızıl ehtiyatlarının və pulunun 170 milyard dollar həcmində olduğunu, ancaq bunun əksər hissəsinin dondurulduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar