“Hicab aksiyası” iştirakçılarının vəsatəti təmin edildi
25 avqust 2011 15:38 (UTC +04:00)

“Hicab aksiyası” iştirakçılarının vəsatəti təmin edildi

0
Bu barədə Lent.az-a vəkil Anar Qasımlı məlumat verib. O bildirib ki, prosesdə təqsirləndirilən şəxslər Araz İsmayılov, Rövşən Məmmədov, Əlvan Hüseynov, Rüfət Nuriyev, Nurani Məmmədov iştirak edib. Hakim Rasim Kazımovun sədrliyi ilə keçən məhkəmə iclasına jurnalistlər buraxılmayıb. Hakim buna zalın kiçik olmasını əsas gətirib.

Prosesdə mitinq günü zərər çəkdiyi iddia olunan 35 polis əməkdaşı iştirak edib. Vəkil Anar Qasımov polislərə dəyən ziyanın müəyyən edilmədiyini bildirib və bununla bağlı vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib və polislərə dəyən ziyanın müəyyənləşdirməsi üçün göstəriş verib.

Növbəti proses sentyabrın 8-də keçiriləcək.

Qeyd edək ki, bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən 15 nəfər saxlanılıb və onlar barəsində Cinayət Məcəlləsinin 221.2.2. (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 221.3. (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri cinayət işi açılıb.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 729

Oxşar yazılar