Lənkəranda qəza vəziyyətindəki 16 mənzilli binasnın 66 sakini evakuasiya olunub
0
0
APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası üzvlərinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin mütəxəssislərinin birgə iştirakı ilə keçirilən baxışdan sonra binanın sakinlərinin köçürülməsi prosesinə başlanıb. Lənkəran fövqəladə hallar üzrə komissiyanın sədr müavini Möhübbət Babayev APA-nın yerli bürosuna verdiyi açıqlamasında 66 nəfərlik 16 ailənin icra hakimiyyətinin vəsaiti hesabına müvəqqəti olaraq kirayə evlərə köçürüldüyünü bildirib.
Qeyd edək ki, sözü gedən bina 1929-cu ildə tikilib və Nərimanabad balıq konserv zavodunun balansındadır. Binanın uzun müddət qəzalı vəziyyətdə olması barədə dəfələrlə aidiyyatı orqanlara müraciətlər olunsa da, konkret ölçü götürülməyib: “1950-ci illərdə binadan Lənkəranda dəmir yolu xətti çəkən alman əsirlərinin yataqxanası kimi istifadə olunub. 2003-cü ildən Lənkəran Balıq Konserv kombinatının balansına verilib. Binanın təmir olunması məqsədilə Nazirlər Kabinetinə və digər aidiyyəti qurumlara müraciət hazırlanır” – deyə, M.Babayev qeyd edib.