Sabunçuda aksiya: sakinlər Ramana yolunu bağladı
0
0
Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, 200 nəfərə yaxın sakin qəsəbəyə gedən yolu kəsib, təxminən 1 saat yarım vaxt ərzində yol bağlı olub.
Sakinlərin Lent.az-a verdiyi məlumata görə, sakinlər aksiyanı evlərinin söküləcəyi ilə bağlı aldıqları xəbərdarlığa görə keçirirlər. Sabunçu rayon Polis İdarəsindən məlumatı Lent.az-a təsdiqlədilər. İdarədən verilən məlumata görə, saat 14 radələrində sakinlər yolu kəsiblər. Məlumat daxil olan kimi həmin əraziyə polis qrupları göndərilib və saat 16 radələrində yolda gediş-gəliş bərpa olunub.
Qeyd edək ki, əhalinin yolu bağlaması səbəbindən nəqliyyatın hərəkəti dayanıb, ərazidə böyük tıxac yaranıb.
Məsələ ilə bağlı ətraflı məlumat verəcəyik.
Nizam RZA