Bakıda maskalı şəxslər mənzilə basqın edib
0
0
Bakı şəhər Sabunçu rayonu ərazisində quldurluq hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 25-nə keçən gecə 4 nəfər maskalı şəxs Balaxanı qəsəbəsi ərazisində, paytaxt sakini Rasim Kazımlının evinə soxulub.
Məlumata görə, ev sahibini aldadaraq qapını açdıran maskalı şəxslər R.Kazımlını döyüb və evdəki pulu, qiymətli əşyaları götürüblər. Naməlum şəxslər daha sonra naməlum istiqamətə gediblər.
Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Nizam RZA