İctimai Palatanın 6 üzvünə hökm oxundu
25 avqust 2011 17:45 (UTC +04:00)

İctimai Palatanın 6 üzvünə hökm oxundu

0
Bu barədə Lent.az-a vəkil Yalçın İmanov məlumat verib. Vəkil deyib ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakim AXCP üzvü Arif Alışlıya 3 il, bitərəf Elnur İsrafilova 2 il 6 ay, Müsavat üzvü Elşən Həsənov və AXCP sədrinin müşaviri Sahib Kərimova 2 il, AXCP üzvləri Zülfüqar Eyvazlı və Babək Həsənova isə 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası verib.

Vəkil müdafiə tərəfinin qərardan apelyasiya şikayəti verəcəklərini bildirib.

Xatırladaq ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurdular.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 629

Oxşar yazılar