Qaxda “099” çaya yuvarlanıb: ölən və yaralananlar var
26 avqust 2011 11:12 (UTC +04:00)

Qaxda “099” çaya yuvarlanıb: ölən və yaralananlar var

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, saat 17:45 radələrində 1980-ci il təvəllüdlü Hacıyev Xürrəm Rasim oğlu idarə etdiyi “VAZ 21 099” u Süskənd kəndi ərazisində körpünün üstündən çaya aşırıb.

Məlumata görə, hadisə Qax-Zaqatala yolunun 5-ci kilometrliyində baş verib. X.Hacıyev idarə etdiyi 34 BC 093 nömrə nişanlı avtomobilin idarə etməsini itirib və maşın körpünün sol tərəfindən dərəyə yuvarlanıb. Nəticədə sürücü ölüb. Avtomobildə olan iki sərnişin 1953-cü il təvəllüdlü Məmmədov Hilal Əli oğlu və 1963-cü il təvəllüdlü Məmmədov Əmixan Cumal oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 654

Oxşar yazılar