Almaniyada yaşayan azərbaycanlının 3 azyaşlı uşağı əlindən alınıb
26 avqust 2011 13:29 (UTC +04:00)

Almaniyada yaşayan azərbaycanlının 3 azyaşlı uşağı əlindən alınıb

0
APA-nın xəbərinə görə, Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən mərkəzin sədri İsmayıl Ağayev Elçin Məmmədovun Almaniyada yaşamaq icazəsi aldığını deyib: “2003-cü ildə o, özbək əsilli qadınla evlənib və həmin qadından üç uşağı olub. Həyat yoldaşını özünün qeydiyyatda olduğu ünvana yazdırmaq istəyib, lakin yaşadığı Segerberg əyalətinin qeydiyyat şöbəsi buna razılıq verməyib. Dünyaya gələn uşaqlara da doğum şəhadətnaməsi almağa şərait yaratmayıblar. 2010-cu ildə alman polislər onların evinə gələrək uşaqları anasının əlindən alıblar. Bildiriblər ki, ana təkdir və üç uşağa baxa bilmir, uşaqlar dövlət himayəsində yaşamalıdır. Bundan sonra valideynlərə uşaqlarla görüşə icazə verilməyib. Yalnız iki aydan sonra uşaqlarla görüşə icazə verilib. Uşaqlar isə öz valdiyenlərini tanıya bilməyiblər”.

Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev bu cür məsələlərin araşdırmaya ehtiyac olduğunu söyləyib: “Biz əlimizdən gələn köməyi göstərməyə hazırıq. Lakin bunu araşdırmaq lazımdır. Ola bilsin ki, burada başqa səbəblər də var”.

Hüquq müdafiəçisi Səadət Bənənyarlı və digər tədbir iştirakçıları da bu məsələ ilə bağlı araşdırma aparacaqlarını və köməklik göstərəcəklərini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 537

Oxşar yazılar