Bakıda ağır qəza: 2 ölü
27 avqust 2011 11:32 (UTC +04:00)

Bakıda ağır qəza: 2 ölü

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda "Vaz" markalı minik və "Tatra" markalı yük avtomobili toqquşub.

Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, minik avtomobilinin sürücüsü - 1982-ci il təvəllüdlü Oleq Georgi oğlu Orucov həlak olub. 1 nəfər sərnişin isə yaralı halda xəstəxanaya aparılsa da dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 21:10-da başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar