“Dədə Qorqud” 3 min manat cərimə ödəyəcək
0
0
Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, müəssisəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı plombir dondurmaların müvafiq reseptura, südlü dondurmaların gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilməsi, habelə dondurmaların laborator müayinədən keçirilmədən satılması səbəbindən bu təsərrüfat subyekti barəsində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıbmış.
Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə, "Dədə Qorqud" Müstəqil Kiçik Müəssisəsinə 2,9 min manat cərimələnib.