Qasırğa azərbaycanlıların sıx yaşadığı ştatlara çatır
28 avqust 2011 18:54 (UTC +04:00)

Qasırğa azərbaycanlıların sıx yaşadığı ştatlara çatır

0

Amerikanı cənginə alan “Ayrin” qasırğası nəticəsində hələ ki, bu ölkədə yaşayan azərbaycanlılara heç bir ziyan dəyməyib. Bunu Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri deyib. Onun sözlərinə görə, qasırğa hazırda azərbaycanlıların sıx yaşadığı Nyu-Cersi ştatına da çatıb.

“Bizdən bir az uzaqdır, amma sahilləri vurub. Onsuz da oraları boşaltmışdılar. İnsanları köçürmüşdülər. İndi burada, Nyu-Cersinin içərilərində çox güclü yağış yağır. Mən dünən burada yaşayan bir çox azərbaycanlılara zəng vurdum, hamısı yaxşıdır. Heç birinə zərər dəyməyib”, - deyə Tomris Azəri bildirib.

ANS TV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar