İki yük maşını toqquşdu: 1 ölü
0
0
Quba rayonu ərazisində bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya sərhədi yolunun 178-ci kilometrliyində qeydə alınıb.
Quba rayonunun Susayqışlaq kənd sakini, 1968-ci il təvəllüdlü İmran Özbəyovun idarə etdiyi “UAZ” markalı, 40 BE 995 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Masallı rayon sakini, 1968-ci il təvəllüdlü Elşad Əzimova məxsus “MAN” markalı, 10 BD 304 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə İ. Özbəyov aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Vəli Turan