İki “Mercedes” toqquşdu: 1 ölü, 6 yaralı
31 avqust 2011 00:09 (UTC +04:00)

İki “Mercedes” toqquşdu: 1 ölü, 6 yaralı

0
APA-nın şimal bürosunun məlumatına görə, Qəndob-Yalama yolunun 30-cu kilometrliyində 10 VS 785 və 10 VM 312 dövlət nömrə nişanlı, “Mercedes” markalı iki avtomobil toqquşub.

Qəza nəticəsində avtomobillərdəki sərnişinlərdən biri, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Yunusov Faiq Natiq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobillərdə olan digər şəxslər - Bakı şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məlikov Faiq Şahin oğlu, 1981-ci il təvəllüdlü Məmmədov Kamil Vahid oğlu, 1986-cı il təvəllüdlü Balayev Məhəmməd Məhərrəm oğlu, Quba rayon sakini 1979-cu il təvəllüdlü Talıbov Rahib Ənvər oğlu və Mingəçevir şəhər sakini 1982-ci il təvəllüdlü Əzizov Pərviz Namaz oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hazırda qəza baş verən ərazidə araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 902

Oxşar yazılar