DİN əməkdaşları oğurluq və soyğunçuluq cinayətlərinin üstünü açıb
31 avqust 2011 22:05 (UTC +04:00)

DİN əməkdaşları oğurluq və soyğunçuluq cinayətlərinin üstünü açıb

0
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BMİ əməkdaşları tərəfindən avqustun 30-da Nəsimi rayonu ərazisindəki ticarət mərkəzlərinin birində Xırdalan şəhər sakini Nahidə Cəbrayılovaya məxsus mağazadan içərisində 600 manat olan çantanı oğurlamış həmyerlisi Aysel Məmmədova tutulub.

A. Məmmədovanın ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun avqustun 10-da Sevinc Əliyevanın çantasından 584 manat və şəxsi sənədləri oğurlaması da müəyyən edilib. A. Məmmədova Nəsimi Rayon Polis İdarəsinə təhvil verilib.

DİN BMİ əməkdaşları tərəfindən avqustun 30-da Səbail rayonu ərazisində Siyəzən rayon sakini Cəfər Cəfərova məxsus mobil telefonu oğurlamış Əmircan qəsəbə sakini Allahverdi Allahverdiyev tutularaq Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə təhvil verilib.

Avqustun 30-da Nəsimi rayonu ərazisində 142 saylı xətt avtobusunun sərnişini, Abşeron rayon sakini Alış Musayevə qarşı zor tətbiq edərək içərisində 10 manat və mobil telefon olan çantasını ondan almış Gürcüstan vətəndaşı Levan Knornauli DİN BMİ əməkdaşları tərəfindən tutularaq Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 805

Oxşar yazılar