3 nəfər bədbəxt hadisənin qurbanı oldu
01 sentyabr 2011 13:22 (UTC +04:00)

3 nəfər bədbəxt hadisənin qurbanı oldu

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Neftçala rayonunun Yeni Qışlaq kəndi ərazisində, Bakı şəhər sakinləri Ramiz Əliyev və Rəşad Yusifov Mil-Muğan kanalında balıq tutarkən kanala yıxılıb. Hər iki şəxs boğularaq ölüb.

Xırdalan şəhəri ərazisində isə Yevlax rayon sakini Elgün Ələkbərov "KamAZ" markalı avtomaşını təmir edərkən təkər partlaması nəticəsində aldığı xəsarətdən hadisə yerində ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 544

Oxşar yazılar