Yağmurlu havada dəhşətli qəza: 3 ölü, 4 yaralı - YENİLƏNİB
07 sentyabr 2011 14:54 (UTC +04:00)

Yağmurlu havada dəhşətli qəza: 3 ölü, 4 yaralı - YENİLƏNİB

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 18.05 radələrində Hacıqabul rayonu ərazisində yağışlı havada yolun sürüşkən olması səbəbindən Bakı-Qazax magistralının Nəvahi kəndi yaxınlığından keçən hissəsində “Azsamand” markalı minik avtomobili qəzaya uğrayıb.

Məlumata görə, Beyləqan rayon sakini Allahverdi Hüseynovun idarə etdiyi "AzSamand" aşdıqdan sonra İntiqam Məmmədovun idarə etdiyi "KİA-Sorento"ya çırpılıb. Nəticədə A.Hüseynov və sərnişinlərindən Həbib Tağıyev və Bəylər Hacıyev hadisə yerində ölüb. İ.Məmmədovun xəsarət almış sərnişinləri Xeyransa Məmmədova, azyaşlılar Fuad Məmmədliyə, Şəhla Məmmədliyə və onun qardaşı Eldara xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1018

Oxşar yazılar