Ordumuzun əsgəri vəfat edib
0
0
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Hərbi Hospitalında qeydə alınıb. 2010-cu ildə Sumqayıt Şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1988-ci il təvəllüdlü Pərviz Abbasov sentyabrın 8-də müalicə almaq üçün hospitala gətirilib. Əsgər sentyabrın 11-də orada dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Hazırda ölümün səbəbləri araşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Hazırda ölümün səbəbləri araşdırılır.
0
0