Mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub
13 sentyabr 2011 10:23 (UTC +04:00)

Mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri sentyabrın 12-də saat 12.15-dən 12.25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.15-dən 15.30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.25-dən 22.30-dək, sentyabrın 13-də saat 00.40-dan 00.50-dək və 01.10-dan 01.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.35-dən 02.43-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.


Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 607

Oxşar yazılar