İki əsgər hərbi hissəni özbaşına tərk edib
13 sentyabr 2011 10:26 (UTC +04:00)

İki əsgər hərbi hissəni özbaşına tərk edib

0
APA-nın məlumatına görə, hadisə sentyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Milli Ordunun iki əsgəri, 20 yaşlı Vüsal Əlizadə və 20 yaşlı Hüseyn Ramazanov xidmət yerini özbaşına tərk ediblər. Hərbi hissədən qaçan H.Ramazanov xidməti silahını da özü ilə götürüb.


Tərtər Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə ilə bağlı qonşu rayonların polis hissələri məlumatlandırılıb və axtarışlara başlanılıb.


Qeyd edək ki, V. Əlizadə Şəmkir, H. Ramazanov isə Bakının Xətai Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1158

Oxşar yazılar