Bakıda maşınlara qənim kəsilən oğrular yaxalandı
14 sentyabr 2011 13:20 (UTC +04:00)

Bakıda maşınlara qənim kəsilən oğrular yaxalandı

0
Sentyabrın 12-də Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini Əbülfəz Quliyev “VAZ-21 011” markalı avtomobilin dövlət nömrə nişanına dəyişiklik edib idarə edərkən sərnişin Neftçala rayon sakini Bəxtiyar Heydərovla birgə Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, onlar iyul - avqust aylarında Mehman Həmidovun, Nicat Musayevin, Rauf Ovçuyevin və Rəşad Abdullayevin “VAZ 2107”, Əliəşrəf Sultanovun “VAZ 2106”, Vüsal Abdullayev isə “VAZ 21 011” markalı avtomobillərinin ehtiyat təkərlərini və maqnitofonlarını, avqustun 7-də Asəf Behbudov və Eldar Aşurovun, avqustun 30-da isə Kamil Rəşidovun “VAZ 2107” markalı avtomobillərindən isə ehtiyat təkər, səsgücləndirici və digər əşyalar oğurlayıb.

Əlavə araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 600

Oxşar yazılar