Ağcabədidə qəzada ölənlərin adları məlum oldu - YENİLƏNİB
14 sentyabr 2011 13:29 (UTC +04:00)

Ağcabədidə qəzada ölənlərin adları məlum oldu - YENİLƏNİB

0
Bu gün Ağcabədi rayonu ərazisində ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Ağcabədi-Bərdə yolunda, Qaradolaq kəndi ərazisində “QAZ-53” markalı yük maşını aşıb. Nəticədə yük maşınında olan 3 nəfər ölüb, daha 17 nəfər yaralanıb. Ölən və yaralananların Bərdə sakinləri olduğu və əkin sahəsində soğan yığmağa getdiyi bildirilir.

Ağcabədi rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində ölən şəxslər bunlardır:

1. Nəcəfova Arzu Bayram qızı – 1975-ci il. Ağdam rayon sakini
2. Hüseynova Gözəl Həsənalı qızı – 1960-cı il. Kəlbəcər rayon sakini
3. Bayramova Cəmilə Yusif qızı – 1965-ci il. Kəlbəcər rayon sakini
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar