Ankaranın mərkəzində partlayış: 2 ölü, 29 yaralı
20 sentyabr 2011 14:29 (UTC +04:00)

Ankaranın mərkəzində partlayış: 2 ölü, 29 yaralı

0
Ankarada güclü partlayış olub.


Lent.az xəbər verir ki, hadisə şəhərin mərkəzində, Nazirlər Kabinetinin binasının yaxınlığında qeydə alınıb. Türkiyənin “Sabah” qəzeti 2 nəfərin öldüyü barədə xəbər yayıb. Qəzet yazır ki, hadisə Kızılay meydanına çıxan Kumrular küçəsindədəki bir avtomobildə yerləşdirilən partlayıcı qurğunun işə salınması nəticəsində baş verib. Nəticədə 2 nəfər hadisə yerində ölüb, 29 nəfər isə yaralanıb. Yaralananlardan 3-nün vəziyyəti ağırdır. 6 avtomobil yanaraq sıradan çıxıb. Həmçinin, yaxınlıqdakı binalara da ziyan dəyib.

Baş nazirin müavini Bəşir Atalay hadisə yerinə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 763

Oxşar yazılar