Bakıda oğurluqla məşğul olan 2 nəfər tutulub
24 sentyabr 2011 13:26 (UTC +04:00)

Bakıda oğurluqla məşğul olan 2 nəfər tutulub

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 22-də Aydın Cəfərovun evindən 600 dollar və 550 manat pul oğurlamış Bakı şəhər sakini Fərid Hüseynov saxlanılıb.

Oğurluq etdiyinə görə sentyabrın 21-də Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən tutulmuş Zaur İsrafilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində isə onun başqa əməlləri aşkarlanıb. Z.İsrafilovun bu ilin ayrı-ayrı dövrlərində 104 saylı Poçt Şöbəsindən 1 ədəd televizor, Razi Salahova, Malik Məmmədova, Samir Musayevə və Qurban Qəhrəmanova məxsus mağazalardan isə ərzaq məhsulları və tütün məmulatı oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 497

Oxşar yazılar