15 yaşlı qızı zorla ərə verdilər , bəy həbs olundu
06 iyul 2023 12:46 (UTC +04:00)

15 yaşlı qızı zorla ərə verdilər, bəy həbs olundu

Türkiyədə azyaşlı zorla ərə verilib. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, hadisə Anadolunun Niğdə bölgəsində baş verib.
15 yaşlı qızın zorla evləndirilməsi ilə bağlı aparılan istintaqda iki ailədən 5 nəfər saxlanılıb. Qızla evli olan bibisi oğlu 21 yaşlı A.Ö həbs olunub. 4 nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Qeyd edək ki, 15 yaşlı qız  bibisi oğlu ilə zorla evləndirildiyini söyləyərək sosial mediada kömək istəyib. Yeniyetmə qız Ailə və Sosial Xidmətlər müəssisəsinə yerləşdirilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2540

Oxşar yazılar