Abşeronda evdən  iylənmiş meyit   tapıldı
19 iyul 2023 11:50 (UTC +04:00)

Abşeronda evdən iylənmiş meyit tapıldı

Abşeronda evdən meyit tapılıb

Lent.az-ın məlumatına görə, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 32 yaşlı Rəhim Sahil oğlu İsayevin meyiti yaşadığı mənzildə aşkar edilib. 

İlkin ehtimala görə, evdə tək yaşayan R.İsayev bir neçə gün əvvəl dünyasını dəyişib. Ondan xəbər ala bilməyən qohumları evə baxış keçirərkən R.İsayevin iylənmiş meyitini tapıblar.

Ölümün dəqiq səbəbləri məlum deyil.

Fakt üzrə araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2773

Oxşar yazılar