Abşeronda marketlərdən silsilə  OĞURLUQ - HADİSƏ ANI
27 noyabr 2025 13:36 (UTC +04:00)

Abşeronda marketlərdən silsilə OĞURLUQ - HADİSƏ ANI

0

Abşeron rayonunda yerləşən marketlərdə silsilə oğurluqlar olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biletləri oğurlayıb.

Abşeron RPİ-nin Saray Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb.

Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı X.Rüstəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar