Ağcabədidə yol qəzasında iki nəfər öldü
20 noyabr 2025 19:52 (UTC +04:00)

Ağcabədidə yol qəzasında iki nəfər öldü

0

Ağcabədidə yol qəzasında iki nəfər ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Aran qəsəbəsi–Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonu Qaradolaq kəndi ərazisindən keçən hissəsində “QAZel” və “VAZ-21015” markalı nəqliyyat vasitələri toqquşub. Hadisə nəticəsində Orxan Vəliyev və Türkan Vəliyeva həyatın itirib. 1972-ci il təvəllüdlü Elsevər Vəliyev isə xəsarət alıb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar