Ağdaşda AĞIR QƏZA:  maşın qatarla toqquşdu, 3 yaralı var
29 may 2025 11:20 (UTC +04:00)

Ağdaşda AĞIR QƏZA: maşın qatarla toqquşdu, 3 yaralı var

Ağdaşda avtomobil qatarla toqquşub.

Hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.

Hadisə nəticəsində “Mercedes” markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Emil Lətifov, 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930

Oxşar yazılar