Ağdərədə mina partladı:  yaralanan kişinin vəziyyəti ağırdır  -  YENİLƏNİB
03 dekabr 2025 19:15 (UTC +04:00)

Ağdərədə mina partladı: yaralanan kişinin vəziyyəti ağırdır - YENİLƏNİB

0

Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 55 yaşlı kişi saat 17:10-də Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.

TƏBİB-dən Lent.az-a bildirilib ki, partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.

***

18:16

Ağdərə rayonunun Şıxarx kəndi ərazisində 3 dekabr tarixində mina hadisəsi baş verib.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

55 yaşlı kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 640

Oxşar yazılar