Aliment ödəməyən "İmam Mehdi" MƏHKƏMƏYƏ VERİLDİ
05 oktyabr 2022 15:15 (UTC +04:00)

Aliment ödəməyən "İmam Mehdi" MƏHKƏMƏYƏ VERİLDİ

Özünü 12-ci "İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Lent.az APA-ya istinadən xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınmış Mehman Baxışzadə ilə bağlı istintaq materiallarında göstərilib ki, Mehman Baxızzadə ittiham olunan Aqil Babayevi "İmam Mehdi" kimi qəbul edib, ona ümumilikdə 10 min manat pul verib. Bundan əlavə o, təqsirləndirilən şəxsin evlərinin tikintisində iştirak etsə də, zəhmət haqqını ala bilmədiyini deyib. 

Zərərçəkmiş Aqil Babayevin sözü ilə birgə iki övladı olan həyat yoldaşından da ayrılıb: "İmam Mehdi söhbətlərinə görə həyat yoldaşım mənə gülürdü, bu barədə Aqilə danışandan sonra onun "şeytan" olduğunu deyərək ayrılmağı tövsiyə etdi. Bundan sonra həyat yoldaşımdan ayrılıb Aqilin sözüylə başqası ilə evləndim. Kəbinimizi də o kəsdi. Bu evlilikdən bir qız övladımız dünyaya gəlsə də, sonradan bəzi səbəblərdən boşandıq".

Mehman Baxışzadə üçüncü dəfə başqa qadınla evləndiyini, bu günə kimi də onunla birlikdə yaşadığını bildirib. İstintaq zamanı məlum olub ki, illərlə "İmam Mehdi"yə hər ay pul verdiyini iddia edən Mehman Baxışzadə birgə nikahdan dünyaya gələn qızına aliment vermədiyi üçün məhkəməyə verilib.

Zərərçəkmişin keçmiş həyat yoldaşı aliment tələbi ilə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia ərizəsində Mehman Baxşızadənin övladının xərclərini ödəmədiyi, məcbur olub məhkəməyə müraciət etdiyi qeyd olunub.

Keçmiş həyat yoldaşı məhkəmədən aylıq 500 manat məbləğində aliment kəsilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş edib.

Mehman Baxşızadə məhkəmədə tikinti şirkətlərindən birində aylıq 300 manata usta işlədiyini deyərək, başqa uşaqlarına da baxmasını nəzərə almağı xahiş edib. Qərara əsasən, onun üzərinə aylıq 193 manat aliment ödəmək öhdəliyi qoyulub.

Xatırladaq ki, 2 milyon 500 min manat pulu dələduzluqla ələ keçirməkdə təqsirləndirilən Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

# 1905
avatar

Oxşar yazılar

İmişlidə qəza: Piyada xəstəxanada  öldü

İmişlidə qəza: Piyada xəstəxanada öldü

7 dekabr 2022 , 00:45
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

6 dekabr 2022 , 22:40
FHN Bakıdakı bu mağazanın  fəaliyyətini dayandırdı   - SƏBƏB

FHN Bakıdakı bu mağazanın fəaliyyətini dayandırdı - SƏBƏB

6 dekabr 2022 , 19:32
İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı:  Özünü görün harada asdı?

İki uşaq atası ailəsinə DƏHŞƏT yaşatdı: Özünü görün harada asdı?

6 dekabr 2022 , 19:27
Türkiyə parlamentində DAVA:  Yaralanan var  - VİDEO

Türkiyə parlamentində DAVA: Yaralanan var - VİDEO

6 dekabr 2022 , 19:18
Bakıda gəlinə hədə-qorxu gəlib  ZORLADILAR

Bakıda gəlinə hədə-qorxu gəlib ZORLADILAR

6 dekabr 2022 , 18:29
DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO  - YENİLƏNİB

DSX Akademiyasının binasındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

6 dekabr 2022 , 18:15
DSX-nın binasındakı yanğında 14 nəfər ZƏHƏRLƏNİB  - VİDEO

DSX-nın binasındakı yanğında 14 nəfər ZƏHƏRLƏNİB - VİDEO

6 dekabr 2022 , 18:04