Türkiyədə kişi itkin düşən arvadını oteldə oğlunun dostu ilə bir yerdə tutub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Kağıthane qəsəbəsində baş verib.
Məlumata görə, 50 yaşlı Nimet Ç. sentyabr ayında 52 yaşlı əri Rüstəm Ç-ni tərk edərək, evdən qaçıb. Uzun müddət kişi arvadı ilə əlaqə saxlaya bilməyib. Onun tapılması üçün hətta televiziya proqramına da çıxıb.
Nimet Ç. isə oğlunun 28 yaşlı dostu Mehmet U. ilə birgə İstanbulun Kağıthane qəsəbəsində yerləşən bir oteldə qalırmış. Bunu öyrənən Rüstəm Ç. həmin otelə gedərək arvadını oğlunun dostu ilə eyni otaqda görüb. Əsəbindən özünü itirən kişi qadını döyüb, Mehmeti isə bıçaqlayıb.
Qeyd olunur ki, Mehmet və Nimet yüngül xəsarət alıblar. Hadisəni törədən Rüstəm isə saxlanılıb. Onun əvvəllər 23 cinayət törətdiyi üzə çıxıb.
Araşdırma aparılır.


Rüstəm Ç.

Mehmet U.