Arvadının qardaşı qızını  zorlayan deputat həbs olundu
02 iyun 2023 13:55 (UTC +04:00)

Arvadının qardaşı qızını zorlayan deputat həbs olundu

Altay Respublikası parlamentinin deputatı həyat yoldaşının azyaşlı qardaşı qızına təcavüz edib və 8,5 il müddətinə azadlıqdan məhrum edilib.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, Altay Respublikasının Dövlət Məclisinin - El Qurultayının 48 yaşlı deputatı 2019-cu ilin sonunda həyat yoldaşının 14 yaşlı qardaşı qızına təcavüz edib. Məktəbli qız yaşadığı hadisədən yalnız iki il sonra danışıb və etiraf edib  ki, qohumu əvvəllər ona qarşı başqa nalayiq hərəkətlər edib.

İstintaq zamanı təqsirləndirilən şəxs ifadə verməkdən imtina edib, lakin İstintaq Komitəsinin əməkdaşları onun qeyd olunan cinayətləri törətməkdə təqsirli olduğuna dair sübutlar aşkar ediblər. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (zərərçəkmişə qarşı zorakılıq tətbiq etməklə yetkinlik yaşına çatmayanı zorlama) və 135-ci maddəsi (ləyaqətsiz hərəkətlər, yəni on səkkiz yaşına çatmış şəxs tərəfindən on altı yaşına çatmamış şəxsə qarşı zorakılıq tətbiq etmədən nalayiq hərəkətlər etmək) ilə cinayət işi başlanıb.

Məhkəmə prosesləri nəticəsində deputat təqsirli bilinərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Bundan başqa, ona 45 il müddətinə müəyyən vəzifələrdə işləməyə qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Oxşar yazılar