Astarada AĞIR QƏZA:  ölən var
01 aprel 2022 10:09 (UTC +04:00)

Astarada AĞIR QƏZA: ölən var

Astarada ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında Ələt-Astara yolunun Astara rayonu Təngərüd kəndindən keçən hissəsində qeydə alınıb. Əzimov Rüstəm Nadir oğlunun idarə  etdiyi “QAZ 66” markalı yük avtomobili Ramazanov Ramin Faiq oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşının sürücüsü R. Ramazanov xəsarət alıb, sərnişin Bəşimov Raxım Orazquliyeviç isə hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 2085
avatar

Mehman Nəbiyev

Oxşar yazılar