Astarada evin həyətində kişi meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə Ərçivan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 64 yaşlı Həsənağa Əliyevin meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Onun hansı səbəblə öldüyü bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.