Ata nənəsigilə gedən övladlarını  kəmərlə   döydü - HƏSSAS GÖRÜNTÜLƏR
19 noyabr 2025 13:34 (UTC +04:00)

Ata nənəsigilə gedən övladlarını kəmərlə döydü - HƏSSAS GÖRÜNTÜLƏR

0

Türkiyədə ata 4 övladını sıraya düzərək kəmərlə döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Afyonkarahisar rayonunun Ehsaniyyə qəsəbəsində baş verib.

Ata Murat M. övladlarının nənəsigilə getdiyini öyrənib. Kişi qayınanası və qaynı ilə dalaşdığı üçün onlardan küsülü olub. Buna görə də uşaqların nənəsigilə getməsinə çox əsəbiləşib. Nəticədə 1-i oğlan olmaqla, 4 övladını sıraya düzüb kəmərlə döyərək, işgəncə edib. Həmin anları da telefonla çəkərək qayınanasına göndərib.

Uşaqların nənəsi bu görüntülərdən sonra prokurorluğa şikayət edib. Prokurorluq aidiyyəti qurumdan uşaqların götürülərək mühafizəyə alınmasını istəyib.

Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar